-3 C
Baku
Sunday, December 15, 2024

Rusiya Azərbaycanın 3 müəssisəsinə alma və pomidor tədarükünə icazə verib

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (“Rosselxoznadzor”) Azərbaycanın 3 müəssisəsinə alma və pomidor tədarükünə icazə verib.

Onlar sabahdan ixraca başlaya bilərlər.

Qərar Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinin zəmanəti ilə pomidor və alma yetişdirən müəssisələrdə aparılan fitosanitar monitorinqin nəticələrinə əsasən qəbul edilib.

Həmin şirkətlər Bakının Sabunçu rayonunda yerləşən “Yaşıl məhsul” MMC, Suraxanı rayonunda yerləşən “TST Azərbaycan” MMC və Xətai rayonunda yerləşən “Exotica” MMC-dir.

Beləliklə, bu gün Azərbaycanda 214 müəssisənin və 1 kooperativin Rusiyaya pomidor, 79 müəssisənin isə alma ixrac etmək üçün icazəsi var.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər