10 C
Baku
Wednesday, December 11, 2024

Rusiya Bankı uçot dərəcəsini azaldıb

Rusiya Bankı (Mərkəzi Bank) bu gün uçot dərəcəsini 0,5% azaldaraq 10,5%-ə endirib.  “Vestifinance.ru”-nin verdiyi xəbərə görə, Rusiya Bankı son 6 iclasda uçot dərəcəsini dəyişdirməyərək sabit saxlayıb. 

Qeyd edək ki, uçot dərəcəsi 2015-ci il iyulun 31-dən indiyədək 11% olub. Bankın uçot dərəcəsini neft qiymətlərinin kəskin azalması nəticəsində üzləşdiyi maliyyə problemləri fonunda 2014-cü il dekabrın 16-da 10,5%-dən 17%-ə yüksəltdiyi bildirilir.

Mərkəzi bankın növbəti iclası iyulun 29-na təyin olunub. Rusiya Bankı uçot dərəcəsinii azaldılmasını əsasən inflyasiyanın yavaşlaması ilə izah edib. Qurum kommersiya banklarının likvidlik ehtiyacının azalmasına baxmayaraq, bundan sonra da nisbətən sərt pul-kredit siyasəti həyata keçiriləcəyini qeyd edib.

Report

Son xəbərlər
Digər xəbərlər