Rusiya BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılmasını tələb edib

ABŞ və Böyük Britaniyanın Yəmənə hücumu ilə əlaqədar Rusiya BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılmasını tələb edib.

Bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəliyinin mətbuat xidməti məlumat yayıb.

“Rusiya Birləşmiş Ştatların və Böyük Britaniyanın Yəmənə endirdiyi zərbələrlə əlaqədar yanvarın 12-də BMT Təhlükəsizlik Şurasının təcili iclasının keçirilməsini tələb edib”, – deyə məlumatda bildirilir.

Xatırladaq ki, yanvarın 11-də BMT Təhlükəsizlik Şurası Qırmızı dənizdə gəmiçiliyin təhlükəsizliyi ilə bağlı ABŞ-nin təklif etdiyi qətnaməni qəbul edib. Sənəddə ərazidə gəmilərə hücumların dərhal dayandırılması tələbi yer alır.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər