10 C
Baku
Friday, December 13, 2024

Rusiya Britaniyanın mühasibatlıq və PR xidmətlərindən faydalana bilməyəcək

Böyük Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib.

Xarici işlər Naziri Liz Trass bildirib ki, yeni tədbirlərə görə, Rusiya biznesləri artıq Böyük Britaniyanın dünya səviyyəli mühasibatlıq, idarəetmə məsləhətləri və PR xidmətlərindən faydalana bilməyəcəklər.

Bu, həmin sektorlarda Rusiya idxalının 10%-ni təşkil edir.

“Peşəkar xidmətlərimizin ixracı bir çox ölkələr üçün qeyri-adi dərəcədə dəyərlidir, buna görə də biz Rusiyanı kənarda saxlayırıq. Rusiyanın dünya səviyyəli menecment məsləhətçilərimiz, mühasiblərimiz və PR firmalarımıza çıxışını məhdudlaşdırmaqla biz Kremlə iqtisadi təzyiqi gücləndirmiş oluruq”,- deyə Liz Trass açıqlamasında bildirib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər