6 C
Baku
Sunday, December 15, 2024

Rusiya Federasiya Şurası nüvə sınaqlarının qadağası ilə bağlı qanun layihəsini təsdiq edib

Rusiya Federasiya Şurası Rusiya Federasiyasının Nüvə Sınaqlarının Hərtərəfli Qadağası Müqaviləsinin ratifikasiyasının geri çağırılması haqqında qanun layihəsini təsdiq edib.

Bu gün Federasiya Şurasının plenar qanun layihəsi səsverməyə çıxarılıb və senatorlar yekdilliklə qanunun qəbulunu təsdiqləyiblər.

Qeyd edək ki, müvafiq sənəd Dumanın spikeri Vyaçeslav Volodinin göstərişi ilə Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin iclasında hazırlanıb və oktyabrın 13-də Dövlət Dumasına təqdim edilib. Layihədə “Nüvə Sınaqlarının Hərtərəfli Qadağası haqqında Müqavilənin ratifikasiyası haqqında” qanunun birinci maddəsinin ləğv edilməsi təklif edilir.

Rusiya 2000-ci ildə Nüvə Sınaqlarının Hərtərəfli Qadağası Müqaviləsini ratifikasiya edib. Bəzi ölkələr, o cümlədən ABŞ və Çin hələ də sənədi ratifikasiya etməyib. Eyni zamanda, nüvə silahına malik olan dövlətlər belə sınaqlar keçirməmək üçün könüllü öhdəliklər götürüblər.

Prosedura görə, Federasiya Şurasının təsdiqindən sonra sənəd imzalanmaq üçün dövlət başçısına göndəriləcək.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər