Rusiyanın baş naziri Mixail Mişustin Moskva ilə Helsink arasında transsərhəd əməkdaşlığın təşviqinə dair sazişə xitam verən sərəncam imzalayıb.
Bu barədə Rusiya mətbuatına istinadən xəbər verilir.
Qeyd olunub ki, 2012-ci il aprelin 13-də Helsinkidə imzalanmış iki ölkə arasında transsərhəd əməkdaşlığın təşviqi haqqında sazişə xitam verilsin.
Rusiya Xarici İşlər Nazirliyinə qərarla bağlı qarşı tərəfi xəbərdar etmək tapşırılıb.