Rusiya Gürcüstana iyunun 30-dək benzin ixracına qoyulan qadağanı dayandırıb.
Bu barədə Nazirlər Kabinetindən bildirilib.
İBununla belə, iyulun 1-dən avqustun 31-dək qadağanın tətbiqi davam edəcək. Bunun sayəsində Gürcüstanda yanacağın qiyməti ucuzlaşa bilər.
2023-cü ildə Rusiya Federasiyasından ölkəyə 736,1 min ton benzin və dizel yanacağı idxal edilib – bu, bütün idxalın 60,9 faizini təşkil edir.