19 C
Baku
Sunday, May 5, 2024

Rusiya hərbi texnikalarını Bakıda nümayiş etdirəcək

“Rostex” dövlət korporasiyasına daxil olan “Rosoboroneksport” Səhmdar Cəmiyyəti sentyabrın 6-8-də Bakıda keçiriləcək “ADEX-2022” Beynəlxalq Müdafiə Sənayesi Sərgisində Rusiyanın birləşmiş ekspozisiyasını təşkil edir.

Bu barədə “Rosoboroneksport”un baş direktoru Aleksandr Mixeyev bildirib.

“Rosoboroneksport” – “ADEX” sərgisinin ənənəvi iştirakçısıdır. Biz Bakıda uzunmüddətli qonşuluq münasibətlərinin birləşdirdiyi Xəzəryanı regionu ölkələri üçün Rusiyanın aparıcı müəssisələrinin müdafiə sənayesi məhsullarını nümayiş etdiririk. 2022-ci ildə Rusiya ekspozisiyasını silahlı qüvvələrin və qoşunların bütün növləri, xüsusi və polis bölmələri üçün 500-ə yaxın nümunə təqdim edəcək, mülki məhsulların geniş çeşidini sərgiləyəcəyik. “Rosoboroneksport” tərəfindən irəli çəkilən atıcı silahlara, terrorizm əleyhinə sistemlərə və kibertəhlükəsizlik üzrə layihələrə böyük diqqət ayrılacağını gözləyirik”, – deyə qurumun rəhbəri vurğulayıb.

Onun sözlərinə görə, “Rosoboroneksport” sərgidə müasir texnika nümunələrini nümayiş etdirəcək. “ADEX-2022”də ümumilikdə Rusiya ekspozisiyasında 20-dən artıq sənaye müəssisəsi iştirak edir, onlardan 6-sı məhsullarını öz stendlərində təqdim edəcək.

 

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər