17 C
Baku
Wednesday, May 8, 2024

Rusiya hesab edir ki, “Taxıl sazişi”nə düzəlişlər edilməlidir

Rusiya hesab edir ki, ehtiyacı olan ölkələri ərzaqla təmin etmək üçün “Taxıl sazişi”nin işinə düzəlişlər edilməlidir.

Bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin İstanbulda Rusiya Federasiyası ilə Türkiyə arasında keçirilən siyasi məsləhətləşmələrin yekunları ilə bağlı açıqlamasında bildirib.

Onun sözlərinə görə, Rusiya Federasiyası ilə Türkiyə arasında İstanbulda keçirilən siyasi məsləhətləşmələr faydalı olub.

“ABŞ və Avropa İttifaqındakı tərəfdaşlar Rusiyadan kənd təsərrüfatı məhsullarının ixracına qoyulan məhdudiyyətləri aradan qaldırmaq üçün bəyanatlardan real fəaliyyətə keçməlidirlər. Rusiya dünyada ərzaq təhlükəsizliyini təmin etmək üçün BMT nümayəndələri ilə işləməyə davam edəcək”, – deyə rusiyalı diplomat vurğulayıb.

Verişinin İstanbulda keçirilən məsləhətləşmələr zamanı Türkiyə tərəfinin Ukrayna Silahlı Qüvvələrinin tamamilə aqressiv davranışı barədə mümkün qədər ətraflı məlumatlandırıldığını da söyləyib.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər