Rusiya ilə vizasız rejimin tətbiq olunması Gürcüstan tərəfindən istisna edilmir.
Bunu Gürcüstan Prezidenti Salome Zurabişvili Moldova Prezidenti Maya Sandu ilə birgə Moldovanın paytaxtı Kişinyovda keçirilmiş mətbuat konfransı zamanı deyib.
O həmçinin, əlavə edib ki, bu barədə son qərarı hökumət verməlidir.
Prezident çıxış zamanı onu da vurğulayıb ki, Rusiyada Gürcüstana böyük insan axınına baxmayaraq, iki ölkə arasında vizasız rejimin tətbiqi məsələsinə baxıla bilər.