2 C
Baku
Saturday, December 14, 2024

Rusiya ilk dəfə avrobond öhdəliklərini rublla yerinə yetirib

Rusiya Maliyyə Nazirliyi ilk dəfə olaraq xarici sahiblər qarşısında suveren avrobondlar üzrə öhdəliklərini rublla yerinə yetirib (649.2 milyon dollar məbləğində).

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Maliyyə Nazirliyi bildirib ki, xarici müxbir bank 2042-ci ildə ödənilməli olan avrobondlar üzrə öhdəliklərin dollarla yerinə yetirilməsindən imtina edib. Bununla əlaqədar olaraq, yuxarıda qeyd olunan istiqrazlar üzrə Rusiyanın dövlət borc öhdəliklərini yerinə yetirmək, eləcə də bu qiymətli kağızların sahiblərinin maraqlarına riayət etmək üçün nazirlik lazımi ödənişləri həyata keçirmək üçün Rusiya maliyyə qurumunu cəlb etməli olub.

Martın 31-ində Rusiya Maliyyə Nazirliyi 2030-cu ildə ödəmə müddəti başa çata avrobondlar üzrə 329.2 milyon dollar məbləğində ödəniş öhdəliyini yerinə yetirib.

Son xəbərlər
Digər xəbərlər