Bu ilin may ayından Hacıqabul Sənaye Məhəlləsində istilik izolyasiya lövhələri istehsal edən zavodun fəaliyyətə başlayacağı gözlənilir.
Bunu Hacıqabul Sənaye Məhəlləsinin rezidenti olan “Penoplex Prikavkazye” MMC-nin direktoru Rəşad Rəhimov deyib.
Onun sözlərinə görə, hazırda zavodun tikintisi işləri aparılır. Zavod istehsal edəcəyi məhsulları ölkə bazarında satmaqla yanaşı, Gürcüstan və Orta Asiya ölkələrinə ixrac etməyi də planlaşdırır.
Zavodun istehsal gücü 100 min kubmetr lövhə istehsalıdır. “Penoplex Prikavkazye” MMC zavodun fəaliyyəti üçün 10 milyon dollar investisiya yatırmağı planlaşdırır.
Qeyd edək ki, “Penoplex Prikavkazye” MMC Rusiya kapitallı şirkətdir.