10 C
Baku
Thursday, December 12, 2024

Rusiya Mərkəzi Bankı uçot dərəcəsinə dair yeni qərar qəbul etdi

Mərkəzi Bankın İdarə Heyəti, cümə günü keçirilən toplantısında əsas faiz dərəcəsini 7.75% səviyyəsində saxlayıb.

Banker.az-ın məlumatına görə, bu barədə “Vedomosti” xəbər verir.

Bir qədər öncə, iqtisadiyyatçılar bu məsələyə dair müzakirələr aparmışlar: Bloomberg-də nümayəndələrin on doqquzundan on səkkizi və Reuters-in iyirmi bir eksperti faiz dərəcəsinin dəyişməyəcəyini proqnozlaşdırıb. Mərkəzi Bank konsensus proqnozuna təsir göstərə biləcək hər hansı bir bəyanat verməyib və bu, öz növbəsində faiz dərəcəsinin dəyişməyəcəyini nümayiş etdirir.

İnflyasiyanın 5,5% artdığı bir şəraitdə, əsas faiz dərəcəsinin artırılması məqsədəuyğun olardı. Lakin mənbələrə görə, Rusiyada, yanvar ayında inflyasiya 4,3%-dən 5%-ə qədər artıb.  

 

Son xəbərlər
Digər xəbərlər