9 C
Baku
Thursday, December 12, 2024

Rusiya Mərkəzi Bankı xaricə pul köçürmələri ilə bağlı məhdudiyyətləri daha altı ay uzadıb

Rusiya Mərkəzi Bankı xaricə pul köçürmələri ilə bağlı məhdudiyyətləri daha altı ay uzadıb:  2022-ci il oktyabrın 1-dən 2023-cü il martın 31-dək. Bildirilir ki, Rusiya və “dost” ölkələrin vətəndaşları hələ də bir ay ərzində xarici banklardakı istənilən hesaba 1 milyon dollara qədər pul köçürə biləcəklər.

Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.

Rusiyada işləyən fiziki şəxslər – qeyri-rezidentlər isə əmək haqqı məbləğində xaricə pul köçürmək hüququna malikdirlər. Həm “dost”, həm də “dost olmayan” ölkələrin nümayəndələri bunu edə biləcəklər.

Rusiyada işləməyən “dost olmayan” ölkə vətəndaşları üçün qadağa hələ də qüvvədədir.

May ayında bank köçürmə limitini 10 min dollardan 50 min dollara, iyunda isə 150 min dollara qaldırıb. Xaricə vəsaitlərin köçürülməsinə məhdudiyyətlər “xüsusi hərbi əməliyyat” və cavab sanksiyaları başlayandan sonra müəyyən edilib.

Son xəbərlər
Digər xəbərlər