Rusiyada neftin ixrac rüsumu 2021-ci il avqustun 1-dən etibarən 6,3 ABŞ dolları artaraq bir ton üçün 67,8 ABŞ dolları təşkil edəcək.
Bu barədə Rusiya Maliyyə Nazirliyinin məlumatında deyilir.
Bildirilib ki, bu ilin 15 iyun – 14 iyul aralığında “Urals” markalı neftin orta qiyməti 73,63 ABŞ dolları/barel və ya 537,5 ABŞ dolları/ton təşkil edib.