7 C
Baku
Sunday, December 15, 2024

Rusiya ordusu Ukraynanın iki şəhərini mühasirəyə alıb

Rusiya ordusu Ukraynanın Burın və Putivl şəhərlərini mühasirəyə alıb.

Bu barədə Ukraynanın Müdafiə Nazirliyi məlumat yayıb.

“Slobojanşinada işğalçılar Burın şəhərindən çıxışı bağlayıblar, kənddə düşmənin xeyli sayda hərbi texnikasının cəmləşməsi qeydə alınıb. Putivlin blokadası davam edir, şəhər düşmən nəzarət-buraxılış məntəqələri ilə əhatə olunub”, – məlumatda deyilir.

Bundan əlavə, qeyd edilir ki, Rusiya ordusu Yuryevo qəsəbəsində reydlər keçirir. Orada işğalçıları yerli əhalinin siyahıyaalınmasını təşkil etməyə çalışır və ukraynalıların evlərində silah axtarırlar.

 

 

Son xəbərlər
Digər xəbərlər