-1 C
Baku
Sunday, December 15, 2024

Rusiya Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinə dair zəmanətləri geri götürür

Rusiya Qara dənizin şimal-qərbində gəmiçiliyin təhlükəsizliyinə dair zəmanətləri geri götürür və humanitar dəhlizi bağlayır.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi bəyanatında deyilir.

Bəyanatda deyilir ki, iyulun 18-dən etibarən “Qara Dəniz Taxıl Təşəbbüsü” fəaliyyətini dayandırır, İstanbulda fəaliyyət göstərən birgə Koordinasiya Mərkəzi isə buraxılır: “Rusiya Qara dənizin şimal-qərb hövzəsində müvəqqəti təhlükəli ərazi rejimini bərpa edir”.

Rusiya XİN bəyan edir ki, İstanbul razılaşmalarının şərtlərinin yerinə yetirilməməsi şəraitində humanitar təyinatını doğrultmayan təşəbbüsün davam etdirilməsi öz mənasını itirir: “Rusiya vədlər və təminatlar deyil, yalnız konkret nəticələr əldə edildikdən sonra sazişin bərpası məsələsini nəzərdən keçirməyə hazır olacaq”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər