17 C
Baku
Sunday, May 19, 2024

Rusiya qlobal ərzaq böhranına görə məsuliyyət daşıyır- Avropa İttifaqı

Rusiya ilə Ukrayna arasında fevralın 24-də başlayan müharibənin fəsadları bütün dünyanı vurmaqda davam edir.

Bu sözləri Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell Lüksemburqda keçirilən Aİ Xarici İşlər Nazirləri Toplantısından sonra mətbuata açıqlama verib.

Borrell bildirib ki, Rusiya bilərəkdən qlobal aclığı gücləndirir və Aİ sanksiyalarının məsuliyyət daşıdığı fikrini yaymağa çalışır.

“Rusiya Ukraynanın ixracatını əngəlləyir. Rusiya limanlara, qida ehtiyatlarına və nəqliyyat infrastrukturuna zərər verir”,- deyə qeyd edib.

Komissiyadan Afrika ölkələrinin xarici işlər nazirlərinə və bütün maliyyə və iqtisadi aktorlara izah edən məktub göndərməsini istəyib.

Borrell məktubda qida və gübrələrin AB sanksiya siyasəti çərçivəsindən kənarda olduğunu izah edib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər