2 C
Baku
Saturday, December 14, 2024

Rusiya qlobal LNG bazarı ilə bağlı hədəflərini açıqlayıb

Rusiya 2030-cu il üçün qlobal mayeləşdirilmiş təbii qaz (LNG) istehsalında 20%-ə sahib olmağı hədəfləyir.

Bu barədə Rusiyanın baş nazirinin müavini Aleksandr Novak deyib.

“Biz 2030-cu il üçün təxminən 100 mln. ton LNG istehsalı səviyyəsinə çatmağı planlaşdırırıq, müqayisə üçün, cari il bu 30 mln. tondur”, – Aleksandr Novar qeyd edib.

Onun sözlərinə görə, bu gün dünyada LNG istehsalında Rusiya Federasiyasının payı təxminən 8% təşkil edir.

“Biz dünya üzrə ümumi LNG istehsalı və istehlakının təxminən 20%-nə çatmağı qarşımıza məqsəd qoymuşuq”, – baş nazirinin müavini qeyd edib.

Qeyd olunur ki, 2023-cü ilin yanvar-sentyabr aylarında Rusiyada LNG istehsalı 23.6 mln. ton təşkil edib ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 4.4% azdır.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər