16 C
Baku
Thursday, April 25, 2024

Rusiya qoşunları Luqansk vilayətini tərk edir

Rusiya qoşunları Ukrayna Silahlı Qüvvələrinin uğurlu əks-hücum əməliyyatı ilə əlaqədar Luqansk vilayətindəki dislokasiya yerlərini tərk etməyə tələsir.

Bu barədə Luqansk vilayəti hərbi administrasiyasının rəhbəri Sergey Qayday məlumat verib.

Onun sözlərinə görə, Rusiya hərbçiləri ailələri ilə birlikdə Luqansk vilayətini tərk edirlər: “Rusiya ilə sərhəd istiqamətində böyük avtomobil növbələri yaranıb”.

Məlumata görə, Donetsk və Luqansk vilayətlərində döyüşlər gedir, Xersonda isə Rusiya qoşunları təslim olmağa hazırlaşır.

Eyni zamanda Xarkov vilayətinin Xotomlya və Streleçya kəndlərində Ukrayna bayrağının dalğalandığı qeyd olunub.

MənbəReport
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər