Kiyav ətrafında Rusiya qüvvələrinin vəziyyəti ilə bağlı ziddiyyətli məlumatlar var. ABŞ-a məxsus Maxar Texnologiyanın peykdən çəkdiyi şəkillərə görə, sonuncu dəfə Kiyevin şimal-qərbində görünən 65 km uzunluğundakı Rusiya hərbi karvanı böyük ölçüdə parçalanıb və yenidən yerləşdirilib. Lakin ABŞ müdafiə rəsmisi cümə axşamı (müharibənin 15-ci günü) bildirib ki, ukraynalıların “çox, çox yaxşı” döyüşməsinə baxmayaraq, Rusiya qüvvələri Ukrayna paytaxtına daha 5 km yaxınlaşıb.
İngiltərə Müdafiə Nazirliyinin son hesabatında deyilir ki, Rusiya qüvvələri Ukraynanın güclü müqaviməti səbəbindən “əsas şəhərləri mühasirəyə almaq üçün yerləşdirilmiş qüvvələrinin sayını artırıb”.
Banker.az bu barədə Türkiyə Mətbuatına istinadən xəbər verir.