27 C
Baku
Sunday, April 28, 2024

Rusiya Rəşt-Astara dəmir yolunun tikintisi üçün kredit ayıracaq

İran ilə Azərbaycan arasında Astaraçay üzərində tikilən yeni avtomobil körpüsü iki ölkə arasındakı ticarət və tranzit əlaqələrinin inkişafına və iqtisadi artıma səbəb olacaq.

Bu sözləri İranın yollar və şəhərsalma naziri Mehrdad Bazarpaş hökumətin iclasında deyib. O bildirib ki, yeni körpü gün ərzində 300 yük avtomobilinin sərhəd məntəqəsindən keçməsinə imkan yaradıb. Köhnə körpü ilə gün ərzində yalnız 200 nəqliyyat vasitəsi keçə bilirdi.

Nazir qeyd edib ki, Rəşt-Astara dəmir yolunun tikintisi üzrə də Rusiya və Azərbaycan tərəfi ilə aparılan danışıqlar müsbət nəticələnib.

“Rusiya Rəşt-Astara dəmir yolunun tikintisinin davam etdirilməsi üçün 1.3 milyard avro kredit ayıracaq və 2027-ci ildə yolun istismara verilməsi nəzərdə tutulub”, – deyən nazir qeyd edib ki, bu yolun istismara verilməsi İran, Azərbaycan və Rusiyanın dəmir yolları sistemlərini birləşdirəcək.

MənbəAzərtac
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər