10 C
Baku
Wednesday, December 11, 2024

Rusiya Rəşt-Astara dəmir yolunun tikintisində iştirak edəcək

Mütəxəssislərdən ibarət Rusiya nümayəndə heyəti İrana səfəri zamanı Rəşt-Astara dəmir yolu xəttinin tikintisi ilə yerində maraqlanıblar.

Bu barədə İranın Dəmir Yolu Tikintisi Dövlət Şirkətinin direktor müavini Abbas Xətibi İRİB televiziyasına müsahibəsində deyib. O bildirib ki, Rusiya Qəzvin-Rəşt-Astara(İran)-Astara(Azərbaycan) dəmir yolunun tezliklə inşa etdirilib başa çatdırılmasında maraqlıdır. Yolun Qəzvin-Rəşt hissəsi artıq istismara verilib. Rəşt-Astara hissəsində isə işlər davam edir. Rusiya bu yolun elektrik xətlərinin çəkilməsi ilə yanaşı, onun tikintisinin sürətləndirilməsi üçün yardım edəcək.

Abbas Xətibi nəzərə çatdırıb ki, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinə daxil olan bu yolla yüklər Rusiyadan Fars körfəzi ölkələrinə, Hindistana və digər Cənub Şərqi Asiya ölkələrinə daşınacaq.

Qeyd edək ki, İrana tətbiq olunan iqtisadi sanksiyalar yolun tikintisi üçün maliyyə vəsaitinin ayrılmasına maneələr yaradır. Rusiya 160 kilometrlik Rəşt-Astara dəmir yolunun tez bir zamanda istifadəyə verilməsinə çalışır ki, Asiya ölkələri ilə ticarət əlaqələrini genişləndirsin. Azərbaycan ərazisindən keçəcək bu yol Rusiya, Azərbaycan və İranın dəmir yolları sistemlərini birləşdirəcək. Azərbaycan tranzit ölkə olaraq üzərinə götürdüyü öhdəlikələri yerinə yetirib. Yol hazır olduqdan sonra hər 3 dövlətin ticarət və tranzit əlaqələri artacaq ki, bu da büdcə gəlirlərinə valyuta axınını təmin edəcək.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər