24 C
Baku
Friday, April 26, 2024

Rusiya Rəşt-Astara dəmir yolunun tikintisini maliyyələşdirəcək

2030-cu ilə qədər olan dövrdə Rusiya dəmir yollarının tikintisi və inkişafı üçün İrana 1.5 milyard dollar ayıracaq.

Bu barədə Rusiya Nəqliyyat Nazirliyinin təqdimatında qeyd edilir.

Qeyd olunur ki, bu vəsait Azərbaycanın sərhədyanı Astara şəhərindən İranın Rəşt şəhərinə qədər olan 164 kilometrlik xəttin tikintisinə, həmçinin 495 kilometr uzunluğunda olan Gərmsar-İnçə-Burun xəttinin elektrikləşdirilməsinə sərf olunacaq.
Hər iki istiqamət 20 il əvvəl yaradılan Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin (ITC) bir hissəsidir.

Hazırda Astara ilə Rəşt arasında yüklər avtomobil nəqliyyatı ilə daşınır ki, bu da marşrutun inkişafına mane olur. Xəttin tikintisi 2 mlrd. dollar dəyərində qiymətləndirilir. Azərbaycan tilinti işlərinə ilk 500 mln. dolları beş il əvvəl verib.

Gələcəkdə ITC-nin ötürmə qabiliyyəti ildə 30 mln. ton təşkil edəcək. 2020-ci ildə isə yüklərin 6,3 mln. tonu Rusiya hissəsindən keçib.

Nəqliyyat Nazirliyinin təqdimatında göstərilib ki, İranda xəttin tikintisi bu istiqamətdə yük axınını ildə 3-10 mln. ton artıracaq. Yüklərin Mumbaydan Sankt-Peterburqa çatdırılma müddəti 15-24 günədək azalacaq. Qeyd olunur ki, Süveyş kanalından keçən marşrut 30-45 gün müddətini nəzərdə tutur.

MənbəApa
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər