25 C
Baku
Saturday, July 27, 2024

Rusiya rublun virtual analoqunu yaradır

Rusiya Mərkəzi Bankı (RMB) milli kriptovalyutasını hazırlayacaq. Banker.az Gazeta.ru saytına istinadən xəbər verir ki, bu barədə RMB-nin sədr müavini Olqa Skoroboqatova Peterburq iqtisadi forumunda bu barədə danışıb.

“Bütün ölkələrin mərkəzi bankları bu fikrə gəlib ki, öz milli kriptovalyutalarını yaratmaq lazımdır, bu, gələcəkdir. Bunun dəqiq vaxtını hər bir ölkə özü təyin edəcək. Pilot layihə ilə Rusiya milli valyutası üçün hansı sistemi istifadə edəcəyini müəyyən edəcək.”— deyə Skoroboqatova iqtisadi forumunda bildirib.

Rublun virtual analoqunda olan valyuta ölkədə qeyri-nağd pul dövriyyəsi artacaq.

Son xəbərlər
Digər xəbərlər