Rusiyanın “Rosatom” şirkəti Türkiyənin Akkuyu Atom Elektrik Stansiyasının (AES) tikintisindəki payının 49 faizini satışa çıxarıb.
Bu haqda Türkiyə KİV-i məlumat yayıb.
Məlumata görə, buna səbəb kimi Rusiya şirkətinin maliyyə problemi ilə üzləşdiyi göstərilib.
Akkuyu layihəsinin hamısı Rusiya şirkətinə aiddir. “Rosatom”un satışa çıxardığı payı Türkiyə şirkətləri də almaq niyyətindədir.
Qeyd edək ki, bu layihə 2010-cu ildə imzalanıb. 4 reaktordan ibarət və 4 min 800 meqavatt gücə malik olacağı planlaşdırılan stansiya ən geci 2023-cü ildə istismara verilməlidir.
Report