30 C
Baku
Thursday, June 30, 2022

Rusiya-Ukrayna müharibəsinin 7-ci günü

21:29Avropa İttifaqı Ukraynaya silah və hərbi texnikanın alınması üçün 450 milyon avro ayıracaq

20:30Ukrayna ordusunun Baş Qərargahı Ukrayna Silahlı Qüvvələrinin Makarov şəhərini azad etdiyini bildirib

19:54Rusiya qoşunları Xarkov vilayətinin Balakleya rayonunu işğal edib

19:47Azərbaycanın Xarkovdakı konsulluğunun yaxınlığına raket düşüb, binaya ziyan dəyib

19:26Toyota Rusiyada avtomobil istehsalını dayandırır
17:24 –  “HP” Rusiyaya tədarükü dayandırıb.

16:40 –   “Boeing” Rusiya aviaşirkətlərinə texniki dəstəyi dayandırıb.

16:32 –  Böyük Britaniyanın baş naziri BMT üzvlərini Rusiyadan Ukraynadan çıxmasını tələb etməyə çağırıb

16:21 – Almaniya enerji mənbələrini şaxələndirmək üçün maye qazın alınmasına $1,7 milyard ayırır

16:18Fransa prezidenti Emmanuel Makron yerli vaxtla saat 20:00-da Ukraynadakı müharibə ilə bağlı xalqa müraciət etməyə hazırlaşır.

16:16 – ABŞ rusiyalı oliqarx Alişir Usmanova qarşı yeni sanksiyaları nəzərdən keçirir

16:07Putin Rusiya İT sənayesinin sürətli inkişafına dəstək üçün fərman imzalayıb.

16:06 – Aİ Rusiyaya avro əsginaslarının satışını qadağan etdi

 

15:37 – Ukraynaya məxsus iki MİQ-29 qırıcısı, eləcə də hava hücumundan müdafiə sistemləri Kiyev səmasında Rusiyanın iki SU-35 təyyarəsini məhv edib. Ukrayna tərəfi bir qırıcı itirib.

15:32 – Rusiya Federasiyası hökuməti  tərəfindən qiymətli metallar üzərində olan ƏDV-nin ləğvi dəstəkləndi.

15:32Almaniya kansleri Şolz “NATO ölkələri Ukraynaya hərbi müdaxilə etməyi planlaşdırmır”.

15:28  – Mişustin: IT-mütəxəssisləri Rusiya şirkətlərində işləsələr, ordudan möhlət və güzəştli ipoteka almaq imkanı əldə edəcəklər.

15:25  –  Mişustin bildirib ki, sanksiyalara əsasən, Rusiya Federasiyasının Nazirlər Kabineti vətəndaşlar üçün vacib olan bütün məsələlərə nəzarət edir və yaranmış vəziyyətə operativ reaksiya verəcək.
15:22  – Putin Qazaxıstan lideri Tokayevlə telefonla Rusiyanın Ukraynadakı əməliyyatı kontekstindəki vəziyyəti müzakirə edib.

15:17  – Rusiyanın Böyük Britaniyadakı səfiri Moskva ilə London arasında diplomatik münasibətlərin kəsiləcəyini istisna etməyib.

15:10  –  “Сəhənnəm sanksiyası” rublu çökdürdü: Nabiullina bunu “ekstremal” vəziyyət adlandırır.
Ətraflı

14:39  – “Şimal axını 2” layihəsinin operatoru olan “Nord Stream 2 AG” iflas xəbərlərini təsdiqləmədiyini, lakin hələlik yalnız sanksiyalara görə işçilərini işdən çıxardığını bildirib.

14:31  – Mərkəzi Bankın rəhbəri Elvira Nabiullina: Rusiya iqtisadiyyatı ekstremal vəziyyətlə üzləşib.

14:30  – Rusiya Mərkəzi Bankı qeyri-rezidentlərə (MDB ölkələri istisna olmaqla) hesab açmadan Rusiyadan ayda 5 min dollardan artıq vəsait çıxarmağı qadağan edib.

14:04  – Zelenski deyir ki, Ukraynanın müharibə əleyhinə koalisiyasına Moskvanın hələ bir həftə əvvəl dəstəyinə ümid etdiyi ölkələr də qoşulub.

13:57  – Rusiyanın Xarici işlər naziri Sergey Lavrov: Üçüncü Dünya Müharibəsi “nüvə və dağıdıcı” olacaq.

13:56  –  Həbsdə olan Rusiya müxalifətinin lideri Aleksey Navalni Rusiya və Belarusdakı vətəndaşları öz şəhərlərinin meydanlarına çıxmağa və Ukraynanın işğalına etiraz etməyə çağırıb.

13:55  –  Rusiyanın xarici işlər naziri ölkəsinin Ukraynanın nüvə silahı əldə etməsinə icazə verməyəcəyini bildirib.

13:39  – Aİ Belarusa qarşı yeni sanksiya paketini təsdiqləyib. Sanksiyaların məqsədi Belarusun bütün növ mallarının Aİ-yə ixracını dayandırmaqdır.
13:30  – Dmitri Peskov deyir ki, Putin ali baş komandan kimi Ukraynadakı əməliyyatlar zamanı Rusiyanın itkiləri barədə məlumatlar alır. Lakin Kreml itkilərin sayını açıqlaya bilmir.

13:06  –  Müharibədən yaranan “təchizat” qorxusu neftin qiymətini 115 $/bbl-ə yüksəldir.

13:00  – Avropada qazın qiyməti 2021-ci il dekabrın 21-dən bəri ilk dəfə olaraq 1000 kubmetr üçün $2000-i ötüb.

12:57  – Polşa Rusiya Federasiyasından kömür nəqlini dərhal dayandırmağa hazırdır. 
Polşanın Baş nazir Mateu Morauietski bildirir. ölkə Avstraliyadan kömür tədarük etməyi xahiş edir.

12:55  –  Rusiya Mərkəzi Bankı xaricə dividendlərin ödənişini dayandırdığını açıqlayıb.

12:43  –  Avropada qazın qiyməti 2021-ci il dekabrın 23-dən bəri ilk dəfə olaraq 1000 kubmetr üçün $1800-i ötüb.

12:39  –  Kanada Ukraynadan olan qaçqınlar üçün vizaları ləğv edir

12:19  –   Bu gün Ukrayna və Rusiya arasında danışıqlar ola bilər, Sputnik Belarus bildirir.

11:49  –  Zelenski yəhudiləri Ukraynaya səssiz qalmamağa çağırıb.

11:39  –  Ukrayna MN deyir ki, Rusiyanın Ukraynadakı itkiləri 6 000-ə yaxınlaşır.

11:30  –   Ukrayna yeni “Bayraktar” pilotsuz uçuş aparatları alıb

Bu barədə Ukraynanın müdafiə naziri Oleksiy Reznikov feysbukda yazıb.

“Dünən ABŞ-ın müdafiə naziri Lloyd Ostin ilə uzun söhbətim oldu. Hətta təcrübəli amerikalı hərbçilər belə müdafiəçilərimizin peşəkarlığından və xalqımızın əzmkarlığından məmnundurlar. Aldığımız yardımların sayı artır. Bu yardımı edən ölkələrin sayı da artır. Hətta onun üçün qeyri-mümkün hesab edilənlər də kampaniyaya qoşulur.

Artıq Ukraynaya yeni “Bayraktarlar” gəlib. Avropa bizə lazım olan müdafiəni təmin edir. Bizə dəstək olan hər kəsə təşəkkür edirəm. Mən bu gün ölkəmizi qoruyan hər kəslə fəxr edirəm”.


11:15  –  Müharibədən fotolar:
11:05  –  Rusiya Müdafiə Nazirliyi: Rusiya silahlı qüvvələri Xerson üzərində nəzarəti tam ələ keçirib.

11:04  –  “Reuters” bildirir ki,  ABŞ-ın enerji şirkətləri Rusiyadan uran idxalına sanksiya qoyulmasına qarşıdır.

10:56  –  “Mainichi Shimbun” qəzeti Yaponiyada 70-ə yaxın insanın Ukraynada Rusiya qüvvələrinə qarşı döyüşmək üçün könüllü olduğunu açıqlayıb.

10:43  –  Ukrayna Silahlı Qüvvələri bildirir ki, Ruslar bəzi ərazilərdə sərhədə qədər sıxışdırılıb.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin tviter səhifəsində paylaşım edilib.

“Bu gün səhərə yaxşı xəbərlə başlayaq. 93-cü Soyuq Yar Briqadasının bölmələri bəzi ərazilərdə düşmənin canlı qüvvəsini məhv edib, çoxlu texnika sıradan çıxarılıb”


10:40  –  Rusiyanın “Sberbank”ı mövcud vəziyyəti nəzərə alaraq Avropa bazarını tərk etmək qərarına gəlib.

Bankın yaydığı məlumatda bildirilir ki, “Sberbank”ın Avropadakı törəmələri anomal nağd pul axını, işçilərin və filialların təhlükəsizliyinə təhdidlərlə üzləşib.


10:26  –  “Yaponiya Müdafiə Nazirliyi bildirib.Rusiya Yaponiya hava məkanını pozub. Hadisə Hokkaydo adasının Nemuro yarımadasında baş verib.

09:39  –  Rus mənbələrinin məlumatına görə, Rus desantları Xarkovun strateji nöqtələrini ələ keçirmək üçün yenidən hücum əməliyyatına başlayıb.


09:27
 –  Kiyev şəhərində hava hücumu ilə bağlı həyəcan siqnalı verilir.

08:57 –  “Netflix” Rusiya filmləri üzərində işləməyi dayandırıb

08:56  –  Bayden: Biz Avropalı müttəfiqlərlə onların yaxtalarını, lüks mənzillərini, şəxsi təyyarələrini tapmaq və müsadirə etmək üçün birləşirik. Biz onların əyri yollarla qazandıqları pulların arxasınca gedirik.

08:50  –  “American Express” Rusiyadakı tərəfdaşları ilə əməkdaşlığı dayandırıb:

“Bizim Rusiyada bir kart verən tərəfdaşımız və ödənişləri emal etmək üçün ticarət ekvayrinqdən istifadə edən tərəfdaşlarımızla kiçik biznes əlaqələrimiz var. Bu böhranın əvvəlindən ABŞ-ın və beynəlxalq tərəfdaşların sanksiyalarına əməl etdik və bu, fəaliyyətimizi dayandırmağımıza səbəb oldu. Rusiyadakı tərəfdaş banklarla əməkdaşlığı dayandıracaq və vəziyyətin inkişafı ilə əlaqədar bütün müvafiq qanunlara əməl olunmasına davam edəcəyik”.


06:20  –  Rəcəb Teyyub Ərdoğan: NATO-ya çağırış:

“Hazırda Avropa Birliyinə üzv ölkələr arasında müdafiə sənayesində əməkdaşlıq etməli olduğumuz ölkələr var və bu ölkələrin bir çoxu həm də NATO üzvüdür.

Onlar NATO üzvüdür, Türkiyə də NATO üzvüdür. Türkiyəyə müdafiə sənayesinə aid iş birliyində olmayan, uzaq duran ölkələr, biz bərabərik, müttəfiqik. Türkiyəyə bu cür avadanlıqları, sursatları niyə vermirsiniz? Bu, bizim həmrəyliyimizin tələbidir, amma vermirlər. Başqa bir müharibənin başlanmasını gözləyirlərmi?

Bunlar səmimi deyillər, NATO üzvləri ancaq zarafat edir. Avropa İttifaqı üzvləri də ancaq danışa bilir”.


05:03   Türkiyə lideri R.T.Ərdoğan bildirib ki, NATO üzvləri ancaq zarafat edir. Eyni zamanda Avropa İttifaqı üzvləri də zarafat edir. Rəcəb Tayyib Ərdoğan NATO ilə bağlı mövqeyinin bəlli olduğu Türkiyənin alyansın genişlənməsinə qarşı çıxan ölkə olmadığını vurğulayıb.

04:43 “Bizim çağırışımız həm Rusiyaya, həm də Ukraynayadır ki, atəşlər mümkün qədər tez kəsilsin və həm Rusiya, həm də Ukrayna burada dünya sülhünə yaxşı töhfə versin”. – R.T.Ərdoğan.

03:05 Birləşmiş Qüvvələrin Əməliyyat Qərargahının mətbuat mərkəzi feysbukda məlumat yayıb ki, Rusiya Donbasdakı dinc sakinlər döyüşlərə cəlb edilib.

02:53 Ukrayna Prezidenti Volodimir Zelenski “Reuters” və “CNN”ə birgə müsahibəsində deyib ki, “Ukrayna xalqı sona qədər mübarizə aparacaq”.

Prezidentdən xüsusən Ukraynanın Rusiyanın hücumu qarşısında daha nə qədər dözə biləcəyi soruşulub.

“Bilmirik. Bu barədə düşünmürük. Bu, fəlsəfi sualdır. Vacib deyil. Bu, heç düzgün deyil, biz geri çəkilmirik, mübarizə aparırıq və bu millət sona qədər mübarizə aparacaq, örünün sonuna qədər. Vəssalam. Məsələ rəhbərliyin nə qədər davam edə biləcəyidir, bu, şübhəsiz ki, bizə aid deyil”, – Zelenski cavab verib.

“Əvvəla, biz niyə qalib gəlirik və ya özümüzü niyə müdafiə edirik? Niyə? Çünki biz evimizdəyik. Uşaqları, evimizi qoruyuruq. Bunu səmimi edirik. Və mən hesab edirəm ki, biz özümüzə məxsus olan hər şeyi xalqımız üçün qorumalıyıq. Bu gün qorunmalı olan uşaqlarımızın gələcəyidir”, – Prezident bildirib.


02:53  “Putin heç vaxt indiki kimi təcrid olunmayıb. Biz müttəfiqlərlə birgə birgə indi güclü iqtisadi sanksiyalar tətbiq etməkdəyik”.

Bunu ABŞ Prezidenti Co Bayden Konqresdəki çıxışında bildirib.


02:20   Nobel mükafatçıları Ukraynada döyüşlərin dayandırılmasını istəyirlər

01:50  “Boeing” Rusiyaya ehtiyat hissələri təchizatını dayandırır

01:47   Avropa İttfaqı ölkələri bir neçə gün əvvəl Ukraynaya vəd edilmiş qırıcılıarı göndərməkdən imtina edib.

Polşa, Bolqarıstan və Slovakiya təyyarə göndərə bilməyəcəklərini bəyan edib.

Aİ ölkələri bir neçə gün əvvəl 70 ədəd MİQ-29 təyyarəsi göndərmək barədə xəbəri də təkzib edib.

Bolqarıstanın Baş naziri Kiril Petov ölkəsində kifayət qədər saz təyyarə və ehtiyat hissələri olmadığını bildirib.

Polşa Prezidenti Anjey Duda isə Kiyevə təyyarə göndərilməsinin hərbi müdaxilə ilə nəticələnəcəyini bildirib. Müdafiə naziri Mateuş Moravetski isə ölkəsinin belə planının ümumiyyətlə olmadığını deyib.


01:32   Avropa İttifaqının (Aİ) daimi nümayəndələri Rusiyanın SWIFT qlobal ödəniş sistemindən ayrılacaq yeddi bankının siyahısını təsdiqləyiblər.

Onların arasında VTB, VEB kimi banklar da var.

“Avropa İttifaqının daimi nümayəndələri Rusiyanın yeddi bankını SWIFT maliyyə sistemindən ayırmağı razılaşdırıblar”, – agentlik qeyd edib.

Agentliyin məlumatına görə, Aİ həmçinin “Sovkombank”, “Rossiya” və “Otkritie”, “Novikombank”ı da SWIFT-dən ayırmağa hazırlaşır.

Bloomberg


01:20   Rusiya Türkiyənin boğazlarla bağlı tələbini qəbul edib.

01:05  İsveç hökuməti müdafiə sahəsinə daha çox vəsait ayırmaq istəyir.

Baş nazir Maqdalena Anderson bunu Ukraynadakı vəziyyətlə izah edib: “Biz siyasi razılıq əsasında ölkəmizin müdafiə qabiliyyətini ciddi şəkildə artırırıq. Hökumət müdafiə sahəsinə əlavə vəsait ayırmaq təşəbbüsü ilə çıxış edib”, – deyə Anderson bildirib.


01:05   Çavuşoğlu: “ Rusiyaya qarşı sanksiyalara qoşulmaq fikrimiz yoxdur”

01:05  Rusiyadan 10 000 dollardan çox nağd valyutanın çıxarılması qadağan edilib

 

SON ALTI GÜNDƏ BAŞ VERƏNLƏR

Son xəbərlər
Oxşar xəbərlər