9 C
Baku
Thursday, December 12, 2024

Rusiya-Ukrayna müharibəsi hansı valyutaları çökdürür? – SİYAHI

BANKER.AZ/ Hazırda Rusiya-Ukrayna müharibəsinin başladığı gündən qlobal miqyasda bir çox əmtəələrin qiymətlərində kəskin bahalaşmalar müşahidə edilir.

Bu bahalaşmalar isə öz növbəsində bir çox valyutaların inflyasiya fonunda dəyərdən düşməsini sürətləndirir. Digər tərəfdən isə müharibədən qaynaqlanan qeyri-müəyyənlik, insanları daha çox ABŞ dollarında ehtiyatlarında, yaxud digər risksiz aktivlərdə saxlamağa yönəldir.

Milli valyutalarından ən çox şübhəsiz ki, “cəhənnəm sanksiyaları” ilə üz-üzə qalan Rus rubludur. ABŞ və Qərbin Rusiya banklarına və eləcə də onun Mərkəzi Bankının ehtiyatlarına sərt sanksiya qoyması onu xeyli dəyərdən saldı. Qlobal birjalrda bəzən USD/RUB cütlüyü 140 səviyyələrə qədər aktiv satış təziyiqində olunduğu görünür, lakin, biz böyük volatilliyi nəzərə alaraq Moskva birjasını götürəcəyik.

Beləliklə, Rus pulu ABŞ dollarına qarşı müharibə ərzində 53% dəyər itirmiş oldu. Bu qiymət itkisi ilə USD/RUB cütlüyünün məzənnəsi 118 səviyyələrinə qədər gəlib çatıb.

Əsas valyutaları götürsək, ikinci sırada Türk lirəsidir. USD/TRY cütlüyü üçün məzənnə müharibə başlayandan 10.12% artaraq 14.8819 səviyyəsində olub. Müharibə aparan hər iki ölkə ilə sıx ticarət və turizm bağlılığı olduğundan ölkənin milli valyutasının dəyər itirməsində əsas tətikləyici amilə çevrilib. Türkiyədə yüksək inflyasiya həddi 54%-in üzərindədir və əlavə olaraq faiz dərəcəsi bütün bunlar fonunda 14%-dir ki, bu da lirə üçün güclü gərginlik yaradır.

Post-Sovet məkanında isə Belarus rublu 28.8% dollara qarşı ucuzlaşıb. Ölkədə bir dollar artıq 3.2625 bel. rubludur.

Qırğız somu 21.6%, Qazaxıstan təngəsi 20.4%, Taciksitan somoni 15.6% ucuzlaşıb. Ukraynanın milli valyutası qrivna isə cəmi 4.8% ucuzlaşıb.

Manatın məzənnəsi isə Azərbaycan Mərkəzi Bankı tərəfindən “lövbər” məzənnə ilə olduğu üçün bütün bu makroiqtisadi gərginlik fonunda dəyişməyib.

İnkişaf etmiş ölkələrin valyutalarından əmtəələrin kəskin bahalaşması fonunda ən yaxşı duruş gətirən Avstraliya dollarıdır. Bu ölkənin valyutası dollara qarşı 2.76% bahalaşıb.

436

Son xəbərlər
Digər xəbərlər