15 C
Baku
Saturday, April 20, 2024

Rusiya-Ukrayna müharibəsinin 33-ci günü

19:00 -Rusiyanın hücumu nəticəsində Ukraynaya dəyən zərərin miqdarı 564,9 milyard dollar olaraq qiymətləndirilir.

18:21 – G7 ölkələri Rusiya qazının rublla ödənilməsi tələbini rədd edib

17:56 — Türkiyə nəşrləri yazır ki, Rusiya nümayəndə heyəti Ukrayna tərəfi ilə danışıqlar aparmaq üçün Türkiyəyə gəlib.

17:49 —İrpen şəhəri işğalçılardan tam təmizlənib, Ukrayna rəsmiləri bildirir.

16:55 — BƏƏ-nin suveren fondu “Mubadala” İnvestisiya Şirkəti Rusiyaya investisiyaları dayandıracaq, bunu şirkətin rəhbəri bildirib.

16:41 — “Heineken”in ardınca “Carlsberg” də Rusiyanı tərk edir. Şirkət Rusiya Federasiyasındakı aktivlərini satacaq və Rusiya bazarını tərk edəcək.

16:35 — Almaniyada Rusiyanın Ukraynadakı müharibəsini dəstəkləmək məqsədi ilə “Z” hərfini nümayiş etdirən şəxslər məsuliyyətə cəlb ediləcək.

16:32 — Almaniyada “Z” simvolundan istifadə cinayət sayıla bilər.

15:14 —Martın 28-də keçirilən hərraclar əsasında RTS və Moskva birjası indeksləri 0.79 – 2.15% düşüb.

15:10 — Çinin “Sinopec” şirkəti Rusiyaya böyük investisiya qoyuluşu ilə bağlı danışıqları dayandırıb.

15:06 —Ukrayna tərəfi deyir ki, işğal ölkələrinə $565 mlrd. zərər vurub

14:53 — BƏƏ-nin energetika naziri Suhail əl-Mazrouei bildirib ki, Rusiya nefti enerji bazarlarına lazımdır və heç bir istehsalçı onun hasilatını əvəz edə bilməz.

13:52 — Sergey Lavrov deyir ki, Rusiya Ukrayna ilə danışıqların növbəti raundunun uğurlu olmasında maraqlıdır.

13:05 — Putinin mətbuat katibi Dmitri Peskov: Rusiya-Ukrayna danışıqları çətin ki, bu gün İstanbulda başlasın, sabah ola bilər.

12:45 — Rusiya xarici işlər naziri deyir ki, Putin və Zelenski arasında görüş məhsuldar olmaya bilər.

12:17 — Kreml: Baydenin Putinlə bağlı şərhləri “narahatedici”

11:24 —Rusiya ordusunun indiyədək 17 000 nəfər itkisi olub, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı feysbukda yazır.

10:30 —Amerikanın “Google” korporasiyası tədricən Rusiya şirkətlərinin layihələrini bağlayır. Belə bir qərar onların Rusiya bazarı üçün “Google” xidmətləri ilə Android smartfonları istehsal edə bilməyəcəyinə səbəb ola bilər.

09:25 — Amerika istehsalçısı sanksiyalara görə Rusiyanın MC-21 təyyarələrində quraşdırılan mühərriklərin Rusiyaya tədarükünü dayandırıb. Şirkət mühərrikləri iki ildək müddətdə əvəz edə biləcək.

09:59 — Mariupol şəhərinin meri Vadim Boyçenko bildirib ki, müharibədən əvvəl 540 min insanın yaşadığı şəhər əhalisinin yarısı evakuasiya edilib.

09:50 — Yaponiyanın ən böyük bankları “Sberbank”la dollar əməliyyatlarını dayandırıb.

09:34 — AFR-nin kansleri Şolts deyir ki, Almaniya 2022-ci ildə Rusiya neftindən azad ola bilər.

09:16 — Kanada Rusiyanın enerji resurslarından imtina etmiş ölkələrə dəstək verəcək.

08:23 — Almaniya kansleri Şolz deyir ki, NATO-nun məqsədi Rusiyada rejim dəyişikliyinə nail olmaq deyil.

08:05 — “Fitch” reytinq agentliyi sanksiyaları əsas gətirərək Rusiyanın reytinqini geri götürüb. Avropa İttifaqı daha əvvəl Rusiyada yaradılmış hüquqi şəxslərə, təşkilatlara və ya qurumlara kredit reytinqinin verilməsini qadağan edib.

08:05 — Cənubi Koreya hökuməti Rusiya və Belarusa ixrac ediləcək məhsulların siyahısında dəyişiklik edib.

07:29 —Rusiya 440 minə yaxın sakini kütləvi deportasiya edib, Ukrayna Ombudsmanı bildirir.

05:27 — BMT: Ukraynada müharibə başlayandan 1 120 nəfərədək mülki şəxs həlak olub.

04:31 — Zelenski deyir ki, Moskvada bir nəfər sülhün yeganə seçim olduğunu yadda saxlamalıdır.

03:12 — Dilə və tarixə hörmət qarşılıqlı olmalıdır. – Ukrayna Prezidenti Volodimir Zelenski

02:45 — Prezident Volodimir Zelenski Rusiyaya qarşı müharibə kontekstində Ukraynanın prioritet məqsədlərini izah edib:

“Qurbanların sayını minimuma endirmək, müharibənin müddətini qısaltmaq, əraziləri güzəştə getmək üçün Rusiya qoşunlarının çıxarılması – və bu, 24 fevraldan əvvəl, hücumdan əvvəl olan hər şeydir. Mən başa düşürəm ki, Rusiyanı ərazini tam azad etməyə məcbur etmək mümkün deyil, bu, Üçüncü Dünya Müharibəsinə gətirib çıxaracaq. Hər şeyi çox yaxşı başa düşürəm və bunun fərqindəyəm. Ona görə deyirəm: bu kompromisdir. Haradan başlamısınızsa, ora qayıdın və biz orada çətin Donbas məsələsini həll etməyə çalışacağıq”.

01:36 — Rusiya-Ukrayna danışıqlarının İstanbulda baş tutacaq növbəti raundu gələn həftə keçiriləcək. Bunu Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın bildirib.

00:06 — Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla telefon danışığı aparıb.

Müharibəsinin 32-ci günü
Müharibəsinin 31-ci günü
Müharibənin 30-cu günü
Müharibənin 29-cu günü
Müharibənin 22-ci günü
Müharibənin 21-ci günü
Müharibənin 20-ci günü
Müharibənin 19-cu günü
Müharibənin 16-18-cü günü
Müharibənin 15-ci günü
Müharibənin 14-cü günü
Müharibənin 10-13-cü günü
Müharibənin 9-cu günü.
Müharibənin 8-ci günü.
Müharibənin 7-ci günü.
Müharibənin ilk 6 günündə baş verənlər.

Son xəbərlər
Digər xəbərlər