9 C
Baku
Friday, December 13, 2024

Rusiya Ukraynanı təkzib etdi: “İlan adası bizim nəzarətimizdədir”

“Qara dənizdəki İlan adası Rusiya Aerokosmik Qüvvələrinin nəzarəti altındadır”.

Bunu Rusiya Dövlət Dumasının Krım regionundan deputatı Aleksey Çernyak RİA Novosti-yə bildirib.

Xatırladaq ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı dünən yaydığı açıqlamada İlan adasının işğaldan azad edildiyini bildirib.

Lakin Rusiya tərəfi bu gün informasiyanı təkzib edib.

Rusiya Müdafiə Nazirliyi bildirib ki, cümə axşamı xoşməramlı bir jest olaraq qoşunları İlan adasından geri çəkiblər. Nazirlik qeyd edib ki, bununla Rusiya Federasiyası BMT-nin Ukrayna ərazisindən kənd təsərrüfatı məhsullarının ixracı üçün humanitar dəhliz təşkil etmək səylərinə mane olmadığını nümayiş etdirir.

Daha sonra Ukrayna Baş Qərargahının əməliyyat idarəsinin rəis müavini Aleksey Qromov bildirib ki, Kiyev adanı öz nəzarətinə almaq niyyətindədir.

“Rusiya Federasiyası Silahlı Qüvvələrinin xüsusi əməliyyat qüvvələrinin döyüşçüləri İlan adasını ukraynalılardan təmizləyib, Ukrayna desantlarının cəhdləri dəf edilibb, xeyli sayda pilotsuz təyyarələri vurulub. Hazırda ada donanmamızın və hava-desant qüvvələrimizin nəzarətindədir”, – Çernyak bildirib.

MənbəModern.az
Son xəbərlər
Digər xəbərlər