14 C
Baku
Thursday, April 25, 2024

Rusiya və Azərbaycan Baş Prokurorluqları iqtisadi cinayətlərlə mübarizədə əməkdaşlığa dair razılığa gəlib

Bazar ertəsi Moskavada Rusiya və Azərbaycan Baş Prokurorluqları arasında əməkdaşlığa dair saziş imzalanıb. Bu barədə Rusiya mətbuatı məlumat verir.

“Rusiya və Azərbaycanın baş prokurorları Yuri Çayka və Zakir Qaralov Moskvada görüş zamanı cinayətkarlığın müxtəlif təzahürləri, həmçinin terrorçuluq, korrupsiya, iqtisadiyyat və yüksək texnologiyalar sahəsində cinayətlərlə mübarizədə əməkdaşlıq məsələlərini müzakirə ediblər”, – məlumatda deyilir.

Həmçinin tərəflər vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi, hüquqi yardım, ikitərəfli əməkdaşlıq və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyət məsələlərinə dair fikir mübadiləsi aparıblar.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər