16 C
Baku
Friday, April 19, 2024

Rusiya və Çin arasında ticarət dövriyyəsi rekord 190 mlrd. dollara çatıb

2022-ci ildə Rusiya ilə Çin arasında ticarət illik ifadədə 29.3% artıb. Xəbər agentlikləri Çin Xalq Respublikasının Baş Gömrük İdarəsinin məlumatlarına istinadən xəbər verirlər ki, ilin sonunda bu göstərici rekord məbləğ – 190.27 milyard dollar təşkil edib.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

Rusiyadan Çinə idxal 114.15 milyard dollar təşkil edib ki, bu da 2021-ci illə müqayisədə 43.4% çoxdur. Çindən Rusiyaya ixrac 12.8% artaraq 76.12 dollar olub. Rusiyanın müsbət saldosu təxminən üç dəfə artaraq 38 milyard dollara çatıb.

Dekabrın sonunda Rusiya ilə Çin arasında ticarət dövriyyəsi 3% azalaraq 17.8 milyard dollar təşkil edib. Rusiyadan Çinə idxalın həcmi 8.996 milyard dollar, Çindən Rusiyaya ixracın həcmi isə 8.808 milyard dollar təşkil edib.

“Financial Times”a görə, 2022-ci ilin noyabrına qədər Çin Rusiyanın əsas ticarət tərəfdaşına çevrilib.  “Reuters”in vurğuladığı kimi, 2022-ci ildə Rusiya, həmçinin Çinə mayeləşdirilmiş karbohidrogen qazlarının və ya mayeləşdirilmiş neft qazının dəmir yolu ixracını iki dəfədən çox artırıb. Dekabr və yanvar aylarında Çin ticarət və iqtisadi inkişafa mənfi təsir göstərən bəzi anti-koronavirus tədbirlərini yüngülləşdirib.

Son xəbərlər
Digər xəbərlər