14 C
Baku
Thursday, March 28, 2024

Rusiya və Çin hərbi təyyarələri Cənubi Koreyanın HHM sistemlərinin müşahidə zonasında görünüb

Bu gün Çinə məxsus 2, Rusiyaya məxsus 6 hərbi təyyarə Koreya Respublikasının (Cənubi Koreya) hava hücumundan müdafiə (HHM) sistemlərinin müşahidə zonasında görünüb.

Bu barədə Koreya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsi bildirib.

Cənubi Koreya ordusu iddia edir ki, Rusiya və Çin döyüş təyyarələri rəsmi Seula əvvəlcədən xəbərdarlıq etmədən Cənubi Koreyanın HHM sisteminin müşahidə zonası adlanan əraziyə daxil olub, lakin ölkənin hava məkanı pozulmayıb.

Xatırladaq ki, Rusiya tərəfi “Cenubi Koreyaya məxsus HHM sistemlərinin müşahidə zonası” adlanan ərazinin rəsmi Seul tərəfindən birtərəfli şəkildə təyin edildiyini və digər dövlətlər üçün heç bir hüquqi öhdəlik yaratmadığını bildirib və Rusiya aviasiyasının uçuşları beynəlxalq normalara uyğun həyata keçirildiyi vurğulanıb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər