Rusiya və Hindistan danışıqlar əsnasında kosmik sektorda əməkdaşlığı genişləndirmək barədə razılığa gəliblər.
Bu barədə “Rusiya-Hindistan: güclü və genişlənən tərəfdaşlıq” XXII Rusiya-Hindistan illik sammitinin yekunlarına dair birgə bəyanatda deyilir.
“Tərəflər raket mühərriklərinin inkişafı, istehsalı və istifadəsi sahəsində əməkdaşlığın inkişaf perspektivlərini öyrənmək barədə razılığa gəliblər”, – sənəddə deyilir.