17 C
Baku
Monday, May 6, 2024

Rusiya və Qırğızıstan prezidentləri görüşüb

Moskvada Rusiya və Qırğızıstan prezidentləri Vladimir Putin və Sadır Japarov arasında görüş keçirilib.

Putin-Japarov danışıqları Kremldə keçirilir.

Görüşün protokol hissəsində prezidentlər çıxış ediblər. Daha sonra Rusiya-Qırğızıstan hökumətlərarası komissiyasının hər iki tərəfdən həmsədrlərinin məruzələri dinlənilib.

Qeyd edək ki, Qırğızıstan prezidenti bu gün Rusiyaya rəsmi səfər edib. İki gün davam edəcək səfər çərçivəsində Japarov mayın 9-da Qırmızı Meydanda keçiriləcək faşizm üzərində Qələbənin 78-ci ildönümünə həsr olunan Qələbə Paradına da qatılacaq.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər