16 C
Baku
Thursday, March 28, 2024

Rusiya və Türkiyə qaz qovşağının yaradılmasını müzakirə edir

Rusiya və Türkiyə ekspertlər səviyyəsində Rusiya təbii qazının Avropaya çatdırılması üçün Türkiyə ərazisində beynəlxalq paylayıcı mərkəzin yaradılması məsələsini müzakirə edirlər.

Bu barədə Rusiyanın Ankaradakı səfiri Aleksey Yerxov “Dünya” qəzetinə müsahibəsində bildirib.

“Hazırda ölkələrimiz, mənim anladığım qədər, bu məsələyə ekspertlər səviyyəsində baxır. Təbii ki, burada detallar çox vacibdir”, – diplomat bildirib.

Onun sözlərinə görə, Rusiya Türkiyəyə qaz tədarükü məsələsində həmişə üzərinə düşən öhdəlikləri yerinə yetirib və onun prinsipial mövqeyini dəyişməyəcəyinə şübhə olmamalıdır.

Xatırladaq ki, “Şimal axını” ilə itirilmiş tranzit həcminin yönləndirilə biləcəyi Avropanın ən böyük qaz qovşağının Türkiyədə yaradılması ideyası ilə Rusiya prezidenti Vladimir Putin “Rusiya Enerji Həftəsi” forumunda çıxış edib. Onun sözlərinə görə, söhbət Türkiyədə daha bir qaz kəməri sisteminin qurulması və qovşağın yaradılması imkanından gedir.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər