6 C
Baku
Sunday, December 15, 2024

Rusiya Xersonu dünyadan təcrid etməyə çalışır

“Rusiya hərbçiləri səhiyyə sistemini sıradan çıxararaq Xerson vilayətini təcrid zonasına çevirməyə çalışır”.

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski videomüraciətində deyib.

O bildirib ki, Rusiya Xersonu sivilizasiyasız, elementar əşyaların olmadığı zonaya çevirir:

“Rusiya gələnə qədər Ukraynanın digər bölgələri kimi, bu bölgə də kifayət qədər normal və təhlükəsiz idi, orada insanlar bütün sosial xidmətlərlə təmin edilirdi. İndi Rusiya Xerson vilayətini sözün əsl mənasında, təcrid zonasına çevirməyə çalışır. Dünya buna cavab verməlidir. Xarici İşlər Nazirliyimiz, bütün nümayəndələrimiz işğalçıların bu yeni eskalasiya addımı barədə beynəlxalq təşkilatları və tərəfdaşları məlumatlandırır”.

Son xəbərlər
Digər xəbərlər