Rusiya XİN-in xüsusi tapşırıqlar üzrə səfiri İqor Xovayev sentyabrda Azərbaycan və Ermənistana səfər edəcək.
Bu barədə məlumatı Rusiya XİN-in MDB ölkələri üzrə Dördüncü Departamentinin direktoru Denis Qonçar açıqlayıb.
Onun sözlərinə görə, səfərin məqsədi Bakı və İrəvan arasında sülh sazişinin mətni üzərində işlərin davam etdirilməsidir.