17 C
Baku
Friday, April 19, 2024

Rusiya XİN Paşinyana cavab verib

Rusiya sülhməramlıları öz missiyasını icra edir.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə Ermənistan Baş naziri Nikol Paşinyanın Rusiyanı Laçın dəhlizində üzərinə düşən öhdəliyi yerinə yetirməməklə bağlı ittihamını şərh edərkən bildirib.

“Mən bunun əksini deyə bilərəm. Rusiya sülhməramlıları öz missiyasını icra edir. Vəziyyətin sabitləşməsi üçün bütün tədbirlər görülür, iş aparılır. Əgər bu məlum deyilsə, mən xatırlada bilərəm. Əgər bunu kim bilmirsə, ancaq siyasi bəyanatlara istiqamətlənirsə, xatırlatmaq istəyirəm ki, buna qədər də gərginlik olub, dəfələrlə problemlər olub, tərəflər bir-birini ittiham ediblər. Məhz Rusiya sülhməramlıları vəziyyətin sabitləşməsi üçün hər şeyi ediblər və bu onlarda alınıb. Ona görə də, sülhməramlılarımıza qarşı bu cür münasibət qəbuledilməzdir”, deyə Rusiya XİN sözçüsü vurğulayıb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər