8 C
Baku
Thursday, March 28, 2024

Rusiya XİN Yunanıstana xəbərdarlıq edib

Yunanıstanın S-300-ləri Ukraynaya ötürmək planları təxribat xarakterlidir, Kiyevə göndərilən bütün hərbi texnika Rusiya Silahlı Qüvvələri tərəfindən məhv ediləcək.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

O qeyd edib ki, Yunanıstan rəhbərliyi son vaxtlar Krit adasında yerləşən S-300PMU-1 zenit-raket komplekslərini Amerikanın “Patriot” hava hücumundan müdafiə sistemlərini almaq şərti ilə Ukraynaya təhvil verməyə hazır olduğunu daha çox bəyan edir.

“Biz Kiyev rejimini S-300 və digər Rusiya/Sovet hava hücumundan müdafiə sistemləri ilə təchiz etmək üçün təxribat xarakterli planları açıq şəkildə Rusiyaya düşmən addımı hesab edirik. Kiyevə göndərilən bütün hərbi texnikanın Rusiya Silahlı Qüvvələri tərəfindən vaxtında izləniləcəyinə və məhv ediləcəyinə heç kimin şübhəsi olmasın. Çox gec olmadan təhlükəli planlardan imtina edə bilərsiniz. Biz bir daha Yunanıstan rəhbərliyinə məsuliyyətli olmaqla bağlı xəbərdarlıq edirik”, deyə Rusiya XİN sözçüsü vurğulayıb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər