Rusiya Xarici İşlər Nazirliyi Yaponiyanı nüvə silahlarının azaldılması sahəsində əməkdaşlıq haqqında sazişə xitam vermək niyyəti barədə məlumatlandırıb.
Bu barədə Rusiya XİN bəyanat yayıb.
Bəyanatda bildirilib ki, Tokionun anti-Rusiya siyasəti və Yaponiyanın Rusiya Federasiyasının Uzaq Şərq sərhədləri yaxınlığında hərbi fəallığını artırması kontekstində milli təhlükəsizlik məsələləri üzrə qarşılıqlı fəaliyyətin davam etdirilməsi mümkün deyil.
Qeyd edək ki, adıçəkilən sazişin müddəti 2024-cü il mayın 21-də başa çatacaq.