6 C
Baku
Sunday, December 15, 2024

Rusiyada Azərbaycan vətəndaşları üçün pensiyanın hesablanması proseduru müəyyənləşir

Azərbaycan ərazisində yaşayan Rusiya, Rusiya ərazisində yaşayan Azərbaycan vətəndaşları üçün pensiya məbləğinin müəyyən edilməsi qaydası məlum olur.

Bu, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında müzakirə olunan və parlamentin plenar iclasına tövsiyə edilən “Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında” Müqavilənin təsdiq edilməsi barədə qanun layihəsində əksini tapıb.

Sənədə əsasən, hər bir razılığa gələn tərəf öz ərazisində əldə edilmiş sığorta stajının ( və ya Azərbaycanın qanunvericiliyinə uyğun olaraq toplanmış pensiya kapitalının – Azərbaycan üçün) uyğun pensiya məbləğini öz qanunvericiliyinin müddəalarına əsasən, hesablayacaq. Pensiya məbləğinin Rusiya qanunvericiliyinə görə hesablanması zamanı onun ərazisində və onun qanunvericiliyinə müvafiq olaraq, habelə keçmiş Rusiya SFSR-nin ərazisində əldə edilmiş sığorta stajı nəzərə alınacaq. Pensiya məbləğinin Azərbaycan qanunvericiliyinə əsasən, hesablanması zamanı onun ərazisində və onun qanunvericiliyinə müvafiq olaraq əldə edilmiş sığorta stajı və ya onun qanunvericiliyinə uğun olaraq toplanmış pensiya kapitalı nəzərə alınacaq. Keçmiş Azərbaycan SSR-in ərazisində əldə edilmiş staj yalnız sığortaolunan şəxs və ya onun ailə üzvləri pensiya təyin olunarkən Azərbaycan ərazisində yaşadığı halda nəzərə alınacaq.

Rusiya ərazisində və keçmiş Rusiya SFSR-nin ərazisində əldə edilmiş sığorta stajının müddəti sığorta pensiyası üzrə hüquqların müəyyən edilməsi üçün tələb olunan sığorta stajı müddətindən azdırsa, bu zaman sığorta pensiyasına sabit ödənişin məbləği, həmçinin sığorta pensiyasına sabit ödənişin artım məbləği və sığorta pensiyasına sabit ödənişin artımının artırılan məbləği Rusiya ərazisində, habelə keçmiş Rusiya SFSR-nin ərazisində əldə edilən sığorta stajının faktiki müddətinin Rusiya qanunvericiliyinə müvafiq olaraq sığorta pensiyası üzrə hüququn müəyyən edilməsi üçün tələb olunan sığorta stajı müddətinə olan nisbəti ilə müəyyən ediləcək. Azərbaycanın, habelə üçüncü dövlətin ərazisində yaşayan şəxslərə Rusiya qanunvericiliyinə əsasən, pensiyanın təyin olunması zamanı sığorta pensiyasının sabit ödənişi təyin edilməyəcək, habelə pensiya hüquqlarının pul formasında valorizasiyası həyata keçirilməyəcək.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər