13 C
Baku
Friday, November 22, 2024

Rusiyada buğda ixracına rüsum bir ton üçün 100 dollara yaxınlaşıb

Rusiyada buğdanın ixrac rüsumu 12 yanvar 2022-ci ildən bir ton üçün 98,2 ABŞ dolları təşkil edəcək.

Yeni dərəcələr 18 yanvara kimi quvvədə olacaq.

Rüsumların həcmi indikativ qiymətlər əsasında hesablanır. Buğda üçün qiymət 340,4 ABŞ dolları (bir həftə əvvəl 335,6 ABŞ dolları) təşkil edib. 29 dekabr 2021-ci il – 11 yanvar 2022-ci il tarixləri arasında quvvədə olan rüsum bir ton buğda üçün 94,9 ABŞ dolları həddində müəyyən olunub.

Xatırladaq ki, Rusiya daxili qiymətlərə təzyiqi azaltmaq üçün buğda ixracına üzən rüsum dərəcələrinin tətbiqinə başlayıb. Bu mexanizm sabit dərəcələrin yerinə gəlib. Rüsumun həcmi həftəlik əsasda Moskva Fond Birjasında qeydə alınan ixrac əqdlərinin qiymətlərinə əsaslanan qiymət indikatorları əsasında müəyyən olunur. Rüsumlardan əldə edilən vəsaitlər buğda istehsalçılarına subsidiya şəklində regionlara qaytarılır.

 

 

Mənbəreport.az
Son xəbərlər
Digər xəbərlər