3 C
Baku
Saturday, December 14, 2024

Rusiyada dolların məzənnəsi 110 rublu ötüb

Rusiyanın əksər valyuta mübadiləsi məntəqələrində ABŞ dollarının satış məzənnəsi 110 rublu keçib.

Rusiya mətbuatına istinadən verilən məlumata görə, məntəqələrin əksəriyyəti 1 dolları 110 rubldan artıq qiymətə təklif edir, bəzi mübadilə məntəqələrində isə dolların kursu 119-121 səviyyəsində müəyyən edilib.

Hazırda Rusiyanın əsas sistem əhəmiyyətli bankı olan “Sberbank” öz mobil əlavəsində dolların məzənnəsini 101,8 rubl səviyyəsində müəyyən edib.

Qeyd edək ki, fevralın 24-nə keçən gecə Rusiya Prezident Vladimir Putin Donbassda xüsusi əməliyyatın başlandığını elan edib. Bu fonda Rusiyanın bütün aktivləri çöküb, eyni zamanda neft qiymətləri tədarükün kəsilməsi qorxusu səbəbindən bir barel üçün 100 dollardan yuxarı qalxıb. Moskva Birjası bütün bazarlarda ticarəti dayandırıb.

Dollar-rubl cütlüyündə ticarət 84,07 rubl (+3,59%) səviyyəsində (altıillik maksimum), avro-dollar cütlüyündə ticarət 95,24 rubl (+3,86%) səviyyəsində dayanıb. Daha sonra rublun məzənnəsi Moskva birjasının müəyyən etdiyi həddə düşdüyü üçün ticarət dayandırılıb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər