2 C
Baku
Saturday, December 14, 2024

Rusiyada hərbi əməliyyatlardan imtina edənlərə bu cəza veriləcək

Rusiya Prezidenti Vladimir Putin hərbi əməliyyatlarda iştirakdan imtina etməyə görə 10 ilə qədər həbs cəzası haqqında qanunu imzalayıb.

Putin tərəfindən bununla bağlı Cinayət Məcəlləsinə edilən dəyişikliklər təsdiqlənib.

Belə ki, qanun layihəsinə əsasən, hərbi qulluqçuların hərbi xidmətə getməməsinə və fərariliyə, könüllü təslim olmaya və hərbi əməliyyatlarda iştirakdan imtina etməyə görə 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Qeyd edək ki, sentyabrın 21-də Rusiyada qismən səfərbərlik elan edilib. Bundan sonra ölkənin bir sıra şəhərlərində etiraz aksiyaları keçirilib, ölkədən çıxmaq istəyənlərin sayı çoxalıb. Bu səbəbdən ölkə sərhədlərində tıxaclar yaranıb.

 

 

Son xəbərlər
Digər xəbərlər