Su-30 qırıcısının İrkutskda qəzaya uğramasının əsas versiyaları açıqlanıb.
Bildirilib ki, pilotlar qəza anında huşsuz olublar.
İlkin versiyaya görə, buna qırıcının oksigen avadanlığının sıradan çıxması və ya pilot kabinəsində hermetizasiyanın pozulması səbəb ola bilər.
Həmçinin, məlum olub ki, təyyarənin düşdüyü evdə 5 sakin yaşayıb. Lakin insident zamanı onlar evdə olmayıblar.
Hazırda hadisə sonrası yaranan yanğın aradan qaldırılıb.