28 C
Baku
Saturday, July 27, 2024

Rusiyada rəqəmsal rublla əməliyyatların sınağına başlanacaq

Rusiyada avqust ayından rəqəmsal rublun sınaqdan keçirilməsinə başlana bilər.

Bu barədə Rusiya Mərkəzi Bankı məlumat yayıb.

“Birinci mərhələdə rəqəmsal pul kisələrinin açılması və bağlanması, vətəndaşlar arasında rəqəmsal rublların köçürülməsi, QR koddan istifadə etməklə alış və xidmətlər üçün ödənişin sınaqdan keçirilməsi planlaşdırılır”, – deyə bildirilib.

Xatırladaq ki, iyulun 13-də Dövlət Duması Rusiyada rəqəmsal rublla ödəniş imkanını müəyyən edən qanun layihəsini üçüncü oxunuşda qəbul edib.

Son xəbərlər
Digər xəbərlər