10 C
Baku
Wednesday, December 11, 2024

Rusiyada ÜDM 8 faizə qədər azala bilər

Sanksiyalar fonunda 2022-ci ildə Rusiyanın Ümumi Daxili Məhsulunun (ÜDM) azalması 8,8 faizə çata bilər.

Bu qiymətləndirilmə Rusiya Federasiyasının sosial-iqtisadi inkişafının proqnozu layihəsində əks olunub.

Sənəd Rusiya iqtisadiyyatının sanksiyalar altında dayanıqlığının yaxşılaşdırılması üzrə Hökumət Komissiyasının Rəyasət Heyətinin üzvləri tərəfindən müzakirə edilib.

Sənəddə həmçinin qeyd olunur ki, bu il Rusiyada inflyasiyanın həcminin 20 faizdən yuxarı olacağı proqnozlaşdırılır.

 

 

Son xəbərlər
Digər xəbərlər