10 C
Baku
Thursday, December 12, 2024

Rusiyada xarici şirkətlərə biznesin satışına görə 10% vergi tətbiq ediləcək

“Rusiyada biznesin satışına görə xarici şirkətlər üçün əməliyyat məbləğinin 10%-i həcmində vergi tətbiq olunacaq”.

Bunu Rusiyanın maliyyə naziri Anton Siluanov bildirib.

“Qərara gəldik ki, əcnəbilərin Rusiyadan çıxışına 10% vergi tətbiq edilsin. Yəni biz şərait yaradırıq ki, əksinə, xarici şirkətlər burada işləməyə davam etsinlər ki, ölkədən çıxış xarici biznes üçün sərfəli olmasın”-deyə, o bildirib.

O qeyd edib ki, Rusiyada biznes fəaliyyəti üçün bütün stimullaşdırıcı tədbirlər, o cümlədən xarici şirkətlər üçün də davam etdiriləcək. Siluanov vurğulayıb ki, Rusiya xarici şirkətlərin ölkədə fəaliyyət göstərməsində maraqlıdır:

“Biz bunu bir neçə dəfə bəyan etmişik və ən əsası bunu öz əməllərimizlə təsdiq edirik. Məhz, xarici biznes fəaliyyətini davam etdirirsə, iş yerlərini saxlamaqda, iqtisadiyyatı və istehsalı inkişaf etdirməkdə davam edirsə, biz dividendlərin bir hissəsinin xaricə ana şirkətlərimizə verilməsinə mane olmuruq. Xarici İnvestisiyalar üzrə Hökumət Komissiyası xarici iştiraklı şirkətlərin bu cür təkliflərini mütəmadi olaraq nəzərdən keçirir”.

Son xəbərlər
Digər xəbərlər