8 C
Baku
Thursday, December 12, 2024

Rusiyadan Çinə 2027-ci ilə qədər qaz tədarükü başlayacaq

Rusiyadan Çinə 2027-ci ilə qədər “Uzaq Şərq” marşrutu ilə qaz tədarükü başlayacaq.

Bu barədə “Qazprom”un rəhbəri Aleksey Miller bildirib.

Miller bəyan edib ki, Çin Rusiya qazının “Sibirin Gücü” vasitəsilə tədarükünü daha da artırmaq imkanını nəzərdən keçirir.

“Qazprom” Çinə “Sibirin Gücü” qaz kəmərinin tam istifadəyə verilməsi perspektivləri barədə məlumat verib. Boru kəməri tam gücə çatdıqdan sonra şirkət Çinin ən böyük qaz tədarükçüsü olacaq.

Bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin monqolustanlı həmkarı Uxnaaqiyn Xürelsux ilə görüşdə Monqolustan ərazisindən keçərək Çinə çatacaq “Sibirin Gücü 2” qaz kəmərinin tikintisinin yaxşı templə davam edəcəyinə əmin olduğunu bildirib.

MənbəAzərtac
Son xəbərlər
Digər xəbərlər